...

Britaniyalılar terror təhlükəsini internet vasitəsilə öyrənəcək

Dünya xəbərləri Materials 10 İyul 2006 15:36 (UTC +04:00)

Britaniyanın Daxili İşlər Nazirliyi terror təhlükəsi haqqında xəbərdarlıq sistemini təkmilləşdirib. "The Telegraph" yazır ki, bundan sonra britaniyalılar təhlükənin səviyyəsi haqqında məlumatı DİN və MI5 əks-kəşfiyyat xidmətinin saytlarından alacaq.

Trend agentliyi "Lenta.ru"ya istinadən xəbər verir ki, ölkədə qəbul olunmuş xəbərdarlıq sistemi indiyə qədər mülki vətəndaşlar üçün əlçatmaz olub. Bu məlumatlar yalnız xüsusi xidmət və hökumət üçün nəzərdə tutulub. Daha böyük insan kütləsi üçün nəzərdə tutulmuş "asanlaşdırılmış" variantda isə 5 təhlükə səviyyəsi haqqında məlumat və mülki vətəndaşların terror təhlükəsi zamanı davranışı ilə bağlı məsləhətlər var.

Ötən il Londonda baş vermiş partlayışlardan sonra terror təhlükəsinin qiymətləndirmə sistemi müasirləşdirilib. Qeyd edək ki, terror aktlarına bir ay qalmış Britaniya xüsusi xidmətləri təhlükəni "ciddi"dən "əhəmiyyətli" səviyyəsinə edirib.

Xəbər lenti

Xəbər lenti