...

Norbert Raythofer Almaniyanın BMW avtomobil konserninin icraçı direktoru təyin edilib

Dünya xəbərləri Materials 20 İyul 2006 17:58 (UTC +04:00)

Norbert Raythofer Almaniyanın BMW avtomobil istehsalı konserninin icraçı direktoru təyin edilib. 50 yaşlı N.Raythofer bu vəzifəyə 2004-cü ildə təyin olunmuş Helmut Pankeni əvəz edəcək.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, H.Pankenin müqaviləsi 2007-ci ildə bitirdi. Ancaq avqustda onun 60 yaşı olacaq ki, bu da şirkətin həmin yaşdan yuxarı şəxslərə icraçı direktor vəzifəsini tutmağı qadağan edən daxili nizamnaməsi ilə ziddiyyət təşkil edir.

N.Raythofer vəzifəyə 1 sentyabr 2006-cı ildə başlayacaq. İndiyədək N.Raythofer BMW Direktorlar Şurasının heyətinə daxil olub və şirkətin istehsal şöbəsinə görə məsuliyyət daşıyıb. Bu barədə (S) Associated Press xəbər verir.

N.Raythoferin BMW başçısı təyin edilməsi gözlənilməz olmayıb. Onun bu vəzifəyə daha real namizəd olması barədə məlumat bir gün əvvəl yayılmışdı.

Xəbər lenti

Xəbər lenti