...

İnquşetiyada güclü partlayış baş verib

Dünya xəbərləri Materials 28 İyul 2006 19:24 (UTC +04:00)

İnquşetiyanın Sunjen rayonunda güclü partlayış baş verib. Bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarından xəbər veriblər.

"Partlayış təxminən saat 08.50-də Alxastı kəndində baş verib. İlkin məlumatlara görə, tələfat və xəsarət alan yoxdur. Bütün operativ xidmətlər hadisə yerinə gəlib", - deyə agentliyin müsahibi bildirib.

Trend in xəbər verdiyi kimi, hadisənin səbəbləri dəqiqləşdirilir.

Ekspert - partlayış texniklərinin qiymətləndirmələrinə görə, partlayıcı qurğunun gücü trotil ekvivalentində iki kiloqram təşkil edib. Bu barədə RİA Novosti-yə İnquşetiya DİN-dən xəbər veriblər.

"Partlayış mühafizə dəstəsinin zirehli avtomobilləri kəndin kənarına yaxınlaşan zaman baş verib. Onlardan sonra hərbi qulluqçuların dəstələri gəlməli idi", - deyə deyə agentliyin müsahibi bildirib.

O əlavə edib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Partlayış yerində və ətraf yerlərdə terror aktında əli olan şəxslərin axtarışı üzrə əməliyyat-axtarış tədbirləri başlayıb. Hadisə yerində əməliyyat -istintaq qrupu işləyir.

Xəbər lenti

Xəbər lenti