...

Rusiya və Ermənistan Moskvada hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq

Dünya xəbərləri Materials 3 Avqust 2006 18:43 (UTC +04:00)

Rusiya və Ermənistanın müdafiə sahəsində əməkdaşlıq perspektivləri bu gün hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökümətlərarası komissiyanın iclasında müzakirə edilir. Görüş Quru qoşunlarının hərbi təyinatlı məhsullarının "MVSV-2006" beynəlxalq sərgisi çərçivəsində keçirilir.

"Bu, iki ölkənin hökümətlərarası komissiyasının sayca üçüncü iclasıdır. İki günlük görüşün yekunu olaraq cümə günü Rusiya və Ermənistan arasında HTƏ haqqında saziş imzalanacaq", - deyə hərbi -texniki əməkdaşlıq /HTƏ/ üzrə Federal xidmətin direktor müavini Vladimir Paleşuk junralistlərə bildirib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti