...

Böyük Britaniya Parlamentinin deputatları Qazaxıstana səfər edəcəklər

Dünya xəbərləri Materials 7 Avqust 2006 17:48 (UTC +04:00)

"Vestminster demokratiya fondu" hüquq-müdafiə təşkilatının işi çərçivəsində İngiltərə Parlamentinin İcma palatasının deputatları Riçard Sprinq və Devid Raffli Qazaxıstana səfər edəcək. Bu barədə bu gün Astanada keçirilmiş brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi İlyas Omarov xəbər verib. Bu barədə Kazinform xəbər verir.

"Avqustun 8-11-də baş tutacaq səfər zamanı respublikada demokratik institutların inkişafı planında siyasi və iqtisadi islahat məsələlərinin, iki ölkənin hökümətlərarası və partiyalararası perspektivin müzakirə edilməsi məqsədi ilə Britaniya parlamentarilərinin ölkə rəhbərliyi, siyasi partiyaların və Qazaxıstanın QHT liderləri ilə görüşləri planlaşdırılıb", - deyə mətbuat katibi bildirib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti