İkitərəfli iqtisadi əməkdaşlıq məsələləri Rusiya və Ukrayna baş nazirləri Mixail Fradkov ilə Viktor Yanukoviç arasında Moskvada keçiriləcək görüşün əsas mövzusu olacaq. Ukraynanın Rusiyadakı səfiri Oleq Demin deyib ki, energetika və kənd təsərrüfatı sahələrindəki ticari əlaqələr müzakirəyə çıxarılacaq.
Trend "Qolos Rosiyi"yə istinadən xəbər verir ki, hökumət başçıları həmçinin Rusiyanın Qara dəniz donanmasının Krımda, Sevastopoldakı bazada qalmasına da toxunub. İkitərəfli müqaviləyə əsasən, Rusiya bu bazanı 2007-ci ilə qədər kirayə edir, lakin Ukraynanın "narıncı" hakimiyyəti kirayə pulunun artırılması məsələsini qaldırıb. Yeni baş nazirin təyin olunması ilə gərginlik azalıb.