...

Türkiyə baş nazirinin ABŞ-a səfərinə hazırlıq gedir

Dünya xəbərləri Materials 17 Avqust 2006 12:06 (UTC +04:00)

Diplomatik mənbələrdən verilən məlumata görə, ABŞ administrasiyası baş nazir Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Corc Buş arasında görüşün keçirilməsi ilə bağlı Türkiyə XİN-in təklifinə razılıq verib.

Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, hökumət başçısının Vaşinqtona mümkün səfərinin ilkin tarixi kimi oktyabrın 5-6-sı nəzərdə tutulub. Ancaq bu tarix Almaniyanın baş naziri Angela Merkelin Ankaraya rəsmi səfərinin razılaşdırılmış tarixi ilə üst-üstə düşür. R.T.Ərdoğanın A.Merkellə planlaşdırılmış görüşü Türkiyənin AB-yə qəbulu istiqamətində danışıqların yeni mərhələsindən əvvəl keçiriləcəyindən böyük əhəmiyyət kəsb edir.

Bu ilin sonlarında AB Türkiyənin birliyə inteqrasiya prosesini nəzərdən keçirmək və Ankara üçün mühüm olan bir sıra sənədlər qəbul etmək niyyətindədir. Bununla əlaqədar olaraq Ankara Almaniyanın dəstəyinə ehtiyac duyur.

R.T.Ərdoğanın C.Buşla görüşü də aktualdır. Bu danışıqlar xüsusilə Türkiyəyə yaxın regionlarda baş vermiş hadisələr baxımından böyük əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq Türkiyənin diplomatik dairələri qarşıdakı zirvə görüşləri planlarının uyğunlaşdırılması imkanlarını nəzərdən keçirir.

ABŞ administrasiyasının C.Buşun məşğul olmasını əsas gətirərək uzun müddət R.T.Ərdoğanla görüşə razılıq verməməsini nəzərə alaraq türkiyəli diplomatlar Angela Merkelin Ankaraya rəsmi səfərinin müddətinin dəyişdirilməsi imkanları ilə bağlı məsələni müzakirə edir.

Xəbər lenti

Xəbər lenti