...

Misirdə iki qatarın toqquşması nəticəsində 80 nəfər həlak olub

Dünya xəbərləri Materials 21 Avqust 2006 20:33 (UTC +04:00)

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 80 nəfər həlak olub, 163 nəfər yaralanıb. Bu barədə Reyter agentliyi xəbər verir.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, əvvəl 65 nəfərin öldüyü və 140 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Hadisə bazar ertəsi Qahirədən 20 kilometr şimalda yerləşən Kalyub şəhərinin ətrafında baş verib.

İlkin məlumatlara görə, qatarlardan biri qadağanedici siqnala baxmayaraq keçdiyinə görə digər qatarla toqquşub.

Faciə yerində xilasetmə işləri davam edir.

Xəbər lenti

Xəbər lenti