...

Qazaxıstanın dövlət katibi və Marokkonun kənd təsərrüfatı naziri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 22 Avqust 2006 17:52 (UTC +04:00)

Avqustun 22-də Qazaxıstanın dövlət katibi Oralbay Abdıkarimov Marokko Krallığının kənd təsərrüfatı naziri Mohand Laenserlə görüşüb. Bu barədə Kazinform xəbər verir.

Trend in məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər xüsusilə hər iki ölkədə diplomatik nümayəndəliklərin açılması imkanlarını nəzərdən keçirib.

M.Laenserin sözlərinə görə, Krallıq Qazaxıstanla bir çox istiqamətlərdə əməkdaşlıqda maraqlıdır. Öz növbəsində O.Abdıkarimov qeyd edib ki, Marokkoda islahatların aparılması istiqamətində təcrübə Qaxzaxıstan üçün nümunədir.

Nazir, həmçinin, Marokko kralı VI Məhəmmədin Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məktubunu dövlət katibinə verib.

Xəbər lenti

Xəbər lenti