...

2008-ci ildə Türkiyə iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkənin siyahısına daxil ola bilər

Dünya xəbərləri Materials 5 Oktyabr 2006 11:58 (UTC +04:00)

Ankarada Türkiyənin 2007-ci il büdcəsinin layihəsinin müzakirəsində iştirak edəcək, o cümlədən vergi sahəsində və ölkə iqtisadiyyatında struktur islahatlara dair məsləhətlər verəcək BVF ekspertlərindən ibarət nümayəndə heyətinin gəlişini gözləyirlər.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, BVF ekspertlərinin proqnozlarına görə, 2007-ci ildə Türkiyə 400,4 milyard dollar həcmində proqnozlaşdırılan ümumi milli gəlirlə iqtisadi cəhətdən inkişaf etmiş ən iri 20 ölkə sırasına daxil ola bilər.

Bu məqsədlərə nail olunduğu halda, Türkiyə bu göstəriciyə görə Avropa Birliyinin Polşa, Avstriya, Danimarka, Yunanıstan, İrlandiya, Finlandiya və Portuqaliya kimi ölkələrini qabaqlaya bilər.

Xəbər lenti

Xəbər lenti