...

ABŞ yenə də Şimali Koreyanı nüvə sınaqları aparmamağa çağırıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 11:48 (UTC +04:00)

ABŞ yenə də Şimali Koreyanı nüvə sınaqları aparmamağa çağırıb. Belə bəyanatla Vaşinqtonda Ağ Evin mətbuat katibi Dana Perino çıxış edib. Onun sözlərinə görə, ABŞ Pxenyanın nüvə sınaqları keçirməsini yolverilməz hesab edir və öz mövqeyini Şimali Koreya rəhbərliyinə həm kütləvi bəyanatlarda, həm də birbaşa əlaqə kanalları ilə aydın şəkildə bildirib. Mətbuat katibi vurğulayıb ki, belə sınaqlar regionda onsuz da gərgin vəziyyəti ağırlaşdıracaq. Bu barədə (s) Reuters xəbər verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, daha əvvəl BMT Təhlükəsizlik Şurasının TŞ sədri KXDR-i nüvə sınaqları aparmamağa çağırıb. Kendzo Osimanın bəyanatında yaranmış vəziyyətlə bağlı "dərin narahatlıq" ifadə olunur. Belə ki, Şimali Koreya tərəfindən belə sınaqların aparılması regionda sülh və sabitlik üçün təhlükə yaradacaq. Şimali Koreyanın dünya birliyini dinləmədiyi və nüvə sınaqları apardığı halda BMT TŞ təşkilatın nizamnaməsinə uyğun olaraq Pxenyana qarşı tədbir görmək hüququnu özündə saxlayır.

BMT TŞ sədrinin bəyanatı təsirinə görə Şuranın qətnaməsindən sonra ikinci diplomatik sənəddir. Qətnamədən fərqli olaraq, sədrin bəyanatı sanksiyalar kimi nəticələrə malik ola bilməz. Ancaq bəyanatın açıqlanması üçün onun layihəsi TŞ üzvləri tərəfindən yekdilliklə qəbul olunmalıdır.

3 oktyabr 2006-cı il tarixində Şimali Koreya bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş nüvə sınaqları aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti