İstanbul şəhərinin meri Qədir Torbaş bəyan edib ki, son günlər yağan leysan yağışları nəticəsində əmlakları zərər çəkmiş vətəndaşlar müvafiq maliyyə kompensasiyası alacaq.
Trend in Ankaradakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu məqsədlə təbii fəlakətin vətəndaşlara vurduğu maddi ziyanın miqyasının müəyyən edilməsi nəzərdə tutulur.