2006-cı ildə bituminoz minerallardan alınmış neft də daxil olmaqla Qazaxıstanda 54341,6 min ton xam neft və 10663,8 min ton qazokondensatı hasil edilib. Bu barədə Trend in Astanadakı müxbirinə Qazaxıstan Respublikası Statitska üzrə Dövlət Agentliyindən bildriblər.
Bu, 2005-ci il göstəriciləri ilə müqayisədə müvaiq olaraq 6,8% və 0,4% çoxdur.
Bununla yanaşı, respublikada ötən il 25650,5 mln. kub metr təbii qaz istehsal edilib (müvafiq müqayisədə 2,7% çox).