...

Yaponiya hökuməti müvəqqəti olaraq Böyük Britaniyadan quş idxalına qadağa qoyub

Dünya xəbərləri Materials 5 Fevral 2007 12:45 (UTC +04:00)

Trend-i buradan izləyin

Yaponiya hökuməti yaxın ərəfədə aşkar edilən "quş qripi" faktları ilə əlaqədar müvəqqəti olaraq Böyük Britaniyadan quş və quş məhsullarının idxalına qadağa qoyub. Bu barədə Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

www.rbc.ru istinadən Trend bildirir ki, Yaponiya hökuməti İngiltərədə baş vermiş "quş qripi" faktı ilə bağlı ətraflı məlumat istəyib.

Xatırladaq ki, keçən həftə Loustoft şəhəri yaxınlığındakı quşçuluq fermasında (Suffolk qraflığı, Londondan 210 km şimal-şərqə) quşların kütləvi tələf olması faktı qeydə alınıb. Orada ümumilikdə təxminən 2,5 min quş tələf olub. "Associated Press" agentliyi xəbər verir ki, epidemoloqlar quşların insan üçün təhlükəli olan H5N1 virusuna yoluxma nəticəsində tələf olması faktını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti