...

Ukrayna blokunun lideri Parisə səfərini dayandıraraq təcili Kiyevə qayıdır

Dünya xəbərləri Materials 29 Mart 2007 18:27 (UTC +04:00)

Ukraynadakı Yuliya Timoşenko blokunun lideri Yuliya Timoşenko Parisə səfərini yarımçıq kəsərək təcili Ukraynaya qayıdır. " RBK-Ukraina "-ın məlumatına görə, o, Fransanın prezidentliyə namizədi Nikolaz Sarkozi ilə görüşünü təxirə salıb.

Səfərin dayandırılmasının rəsmi səbəbi kimi fransız havadispetçerlərinin planlaşdırılmış tətili göstərilir. Timoşenko da bununla əlaqədar vaxtında geri qayıda bilməməkdən ehtiyatlanıb. Eyni zamanda, Yuliya Timoşenko Blokunun mətbuat xidmətinin rəhbəri Aleksandr Soçkanın "RBK-Ukrayna"ya verdiyi məlumata görə, Fransada olan BYT nümayəndə heyəti bu gün belə bir məlumat alıb ki, Ukrayna prezidenti Viktor Yuşenko, guya, parlamentin buraxılması barədə fərman imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, məhz bu səbəbdən BYT lideri xarici səfərdən təcili qayıdıb.

Xəbər lenti

Xəbər lenti