...

Özbəkistanda Avropa İttifaqının İnformasiya Mərkəzi açılıb

Dünya xəbərləri Materials 2 Aprel 2007 18:40 (UTC +04:00)

Özbəkistanın paytaxtı Daşkənddə Avropa İttifaqının İnformasiya Mərkəzi açılıb. Bu barədə məlumatı İnterfaks respublikanın Xarici iqtisadi əlaqalar,Ticarət və İnvestisiya Nazirliyinə (RXİƏTİN) istinadən verir. "Daşkənddə Avropa İttifaqının informasiya və sənədləşmə mərkəzi EvropEydin (Avropa İttifaqının) texniki kömək proqramının maliyyə dəstəyilə açılıb"- məlumatda deyilir.

Ferqane.Ru .-nun məlumatına görə, XİN yanında Beynəlxalq iqtisadiyyat və diplomatiya Universiteti ərazisində yerləşən Mərkəzdə maraqlanan hər kəs Avropa İttifaqı, onun Özbəkistanla əlaqəsi, Özbəkistan və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin həyata keçirilmə nəticələri, Beynəlxalq Ticarət Təşkilatı (BTT), Avropa Şurası barədə tam məlumat ala bilər. İnformasiya Mərkəzi xüsusi ədəbiyyat və İnternetə çıxışı olan kompyuterlə təchiz edilib. Burda həmçinin seminar və təlimlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti