...

Fələstin hökuməti İsraillə əvvəllər imzalanmış bütün müqavilələri qəbul edir

Dünya xəbərləri Materials 27 İyul 2007 17:35 (UTC +04:00)
Fələstin hökuməti İsraillə əvvəllər imzalanmış bütün müqavilələri qəbul edir

İsrail, Qüds/müx. Trend Y.Mişiev/ Fələstin muxtariyyətinin baş naziri Salam Fiads cümə günü nazirlər kabinetinin yığıncağında öz hökumətinin ideoloji platformasını təqdim edib. Hökumət Fələstin Azadlıq Təşkilatı və əvvəlki hökumətlər tərəfindən İsraillə imzalanmış bütün müqavilələri qəbul edir. İlk dəfə olaraq rəsmi sənəddə İsrail öz adı ilə adlandırılır və ilk dəfə olaraq İsrailə müqavimət haqda dənışılmır.

"Biz İsraillə və regionda sülhü öz strateji məqsədimiz elan edirik. Bu? mücərrəd məqsəd deyil. Şərait bunu tələb edir. Biz açıq və sülhsevər xarici siyasət yürüdəcəyik" - deyə Salam Fiad hökumətin yığıncağında bildirib.

İdeoloji platformada həmçinin 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Qüds olmaqla müstəqil Fələstin hökumətinin yardılması və "Fələstin qaçqınlarının probleminin ədalətli həlli"-nin tapılması barədə söz açılır. "Həmas" Salam Fiad tərəfindən təqdim olunan ideoloji platformanı rədd edib və silahlı mübarizəni davam etdirəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti