...

MN: Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları kimi qələmə verirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2016 12:22 (UTC +04:00)
Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
MN: Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları kimi qələmə verirlər

Bakı. Trend:

Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma halı kimi qələmə verirlər.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti