...

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Ağdam sakini ölüb, 7 nəfər yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2016 08:28 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini ölüb, daha 7 nəfər isə yaralanıb.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdır. Onlar 1966-cı il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfətli kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti