...

Levente Kozma: Azərbaycan populyar idman tədbirlərinin uğurlu təşkilatçısına çevrilib

Cəmiyyət Materials 9 İyun 2016 18:46 (UTC +04:00)
Azərbaycanın ictimai diplomatiya sahəsində səyləri artıq beynəlxalq arenda yüksək nəticələrini göstərir.
Levente Kozma: Azərbaycan populyar idman tədbirlərinin uğurlu təşkilatçısına çevrilib

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycanın ictimai diplomatiya sahəsində səyləri artıq beynəlxalq arenada yüksək nəticələrini göstərir.

Bunu Trend-ə 2003-2010-cu illərdə Macarıstanın üç baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, beynəlxalq mədəni, bədii tədbirlər Azərbaycanın apardığı fəal işin yaxşı nümunəsidir.

L. Kozma qeyd edib ki, ötən il Avropa Oyunlarının təşkil edilməsi, eləcə də tezliklə Bakıda keçiriləcək "Formula-1" yarışları ölkənin imicinin yaxşılaşdırılması üçün səmərəli alətdir: "Hərçənd Azərbaycan dünyada ən populyar idman tədbirlərinin uğurlu təşkilatçısı rolunu çoxdan möhkəmləndirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti