...

Təhsil Nazirliyi: Ali məktəblərin regionlara köçürülməsi hazırda müzakirə mövzusu deyil

Cəmiyyət Materials 15 Sentyabr 2016 14:42 (UTC +04:00)
Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi hazırda müzakirə mövzusu deyil.
Təhsil Nazirliyi: Ali məktəblərin regionlara köçürülməsi hazırda müzakirə mövzusu deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi hazırda müzakirə mövzusu deyil.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu məsələ ilə bağlı məlumatların Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur və qeyd olunan məsələ hazırda müzakirə mövzusu deyil: "Bu məsələ ətrafında diqqəti cəlb edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir. Həmin məlumatı yayanların onların şərhi ilə də məşğul olması daha doğru olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti