Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər yol qəzasına düşmüş 15 192 xəstəyə təcili tibbi yardım göstərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub.
Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.