Azərbaycan, Bakı, 11 dekabr /Trend
Azərbaycan milli paralimpiya komandasının məşqçi heyətində dəyişikliklər olub.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın əməkdar məşqçisi, ali dərəcəli məşqçi Təhməzov Serqey Mehdiyeviç atletika idman növü üzrə baş məşqçi, I dərəcəli məşqçi Xəlfəyev Ziyad Əli oğlu atletikanın tullanma növləri üzrə məşqçi, I dərəcəli məşqçi Bulıçov Valentin Vyaçeslavoviç qaçış növləri üzrə məşqçi, I dərəcəli məşqçi Şahtahtinski Oktay Adil oğlu isə nüvə itələmə, nizə və lövhə atma idman növləri üzrə məşqçi təyin olunub.
Digər dəyişikliklər isə belədir:
Cüdo idman növü üzrə:
Baş məşqçi - İbrahimov İbrahim Eldar oğlu, Azərbaycanın əməkdar məşqçisi, ali dərəcəli məşqçi.
Məşqçi - Rəcəbli Elxan Əhməddin oğlu, I dərəcəli məşqçi.
Güllə atıcılığı idman növü üzrə:
Baş məşqçi - Əhmədov Əfqan Nurbala oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Sotnikov Vitaliy Nikolayeviç, ali dərəcəli məşqçi.
Kamandan oxatma idman növü üzrə:
Baş məşqçi - Adilov Tahir Alizaman oğlu, I dərəcəli məşqçi.
Pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə:
Baş məşqçi - İbişov İlqar Əsgər oğlu, I dərəcəli məşqçi
Üzgüçülük idman növü üzrə:
Baş məşqçi - Culfayev Alavərdi Abasoviç, I dərəcəli məşqçi
Qolbol idman növü üzrə:
Baş məşqçi - Əliyev Fəxrəddin Nəsrəddin oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Abdullayev Zahir Abdulla oğlu, I dərəcəli məşqçi.
Oturaq voleybol idman növü üzrə:
Baş məşqçi - Hacızadə Tərlan Əziz oğlu, I dərəcəli məşqçi.
Məşqçi - Nəsibov Rəşid Tufan oğlu
Qılıncoynatma idman növü üzrə:
Baş məşqçi - Məmmədov Rövşən Ramiz oğlu, I dərəcəli məşqçi a) Şpaqa üzrə:
Məşqçi - Nelyubova Yuliya Yevqeniyevna, I dərəcəli məşqçi
b) Rapira üzrə:
Məşqçi - Məlikov Asəf Adil oğlu, I dərəcəli məşqçi
Əlil arabasında rəqs idman növü üzrə:
Məşqçi - Məmmədov Etibar, I dərəcəli məşqçi