...

Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib

İdman Materials 23 İyun 2017 14:33 (UTC +04:00)
"Force India" komandasının pilotu Serxio Peres qəza səbəbi ilə Formula 1 yarışlarınnın birinci sərbəst yürüşündə çıxışını dayandırıb
Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib

Bakı. Ənvər Məmmədov - Trend/ -

"Force India" komandasının pilotu Serxio Peres qəza səbəbi ilə Formula 1 yarışlarınnın birinci sərbəst yürüşündə çıxışını dayandırıb.

Trend-in məlumatına görə, səkkizinci döngədə (İçəri şəhər qala divarlarının yaxınlığında) Peresin bolidi divara çırpılıb.

Zərbə nəticəsində bolidin axa təkəri qopub. Bununla əlaqədar yürüşdə fasilə yaranıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti