...

Yeni il gecəsi Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 10:39 (UTC +04:00)
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək.
Yeni il gecəsi Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Metropoliteni gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteninin Hərəkət xidməti rəhbərinin müavini Etibar İsayev bildirib.

Onun sözlərinə görə, həmçinin böyük sayda sərnişin axınınıa xidmət etmək üçün xətlərə əlavə vaqonlar buraxılacaq.

Adətən saat 00:00-dək fəaliyyət göstərən Bakı Metropoliteninin iş müddətinin uzadılması məsələsinə toxunan İsayev qeyd edib ki, Yeni il gecəsi sərnişinlərə xidmətdə vaxt məhdudiyyəti olmayacaq.

"Əvvəlki illərin təcrübəsi göstərir ki, adətən böyük sərnişin axını yanvarın biri saat 01:00-dək olur. Bundan sonra sərnişin axını kəsilir", - İsayev bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteni Yeni il gecəsi müşahidə olunacaq istənilən sərnişin axınını təmin etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti