...

Güclü duman Bakı-Naxçıvan reysinin uçuşunda problem yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 10:24 (UTC +04:00)
Paytaxtdan saat 09:00-da uçmalı olan Bakı-Naxçıvan reysi NMR-də hava şəraitinin dumanlı olması səbəbindən yubanır. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Güclü duman Bakı-Naxçıvan reysinin uçuşunda problem yaradıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir S.Əliyev /

Paytaxtdan saat 09:00-da uçmalı olan Bakı-Naxçıvan reysi Naxçıvanda hava şəraitinin dumanlı olması səbəbindən yubanır. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Aeroportdan deyildiyi kimi, hələlik reys saat 11:00-dək yubanır. Lakin onun dəqiq nə vaxt yola salınacağı Naxşıvandakı hava şəraitindən asılı olacaq.

Müvafiq olaraq paytaxta saat 12.00-da yerə enməli olan Naxçıvan-Bakı reysinin həyata keçirilməsi də ləngiyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti