...

Dünyanın ən hündür hoteli Dubayda açılacaq

Maraqlı Materials 14 Fevral 2012 20:25 (UTC +04:00)
Dünyanın ən hündür hotel binası bu ilin sonlarında Dubayda açılacaq.
Dünyanın ən hündür hoteli Dubayda açılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Salmanov/

Dünyanın ən hündür hotel binası bu ilin sonlarında Dubayda açılacaq. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Dubaydakı hotelin tikinti işlərini bu sahənin ən qabaqcıl şirkətlərindən biri olan "JW Marriott" şirkəti aparır. İki qüllədən ibarət olacaq "JW Marriott Marquis Dubai" hotelinin hündürlüyü 355 metr təşkil edəcək.

Hoteldə ümumilikdə 1608 otaq, 24 iclas salonu, 9 restoran, 5 əyləncə və istirahət mərkəzi, eyni zamanda, 1500 kvadratmetrlik spa mərkəzi olacaq.

Xəbər lenti

Xəbər lenti