...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2011 09:59 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 25-də saat 16.10-dan 16.30-dək Cəbrayıl rayonunun ərazisində adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- aprelin 26-da saat 01.30-dan 01.45-dək və 02.00-dan 02.05-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayсan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti