...

Xalq artisti Aygün Kazımova Namibiyada qazandığı dostları ilə birgə "tozanaq qopardı" (FOTO)

Mədəniyyət Materials 7 İyun 2011 19:16 (UTC +04:00)
Onlar yenidən bir yerdədirlər. Həyati təhlükələri adlayıb sağ-salamat əzizlərinin yanına qayıdıblar. Söhbət "Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV" ilə birgə ərsəyə gətirdiyi, Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla tamamlanan "Extreme" realiti-şousunun iştirakçılarından gedir.
Xalq artisti Aygün Kazımova Namibiyada qazandığı dostları ilə birgə "tozanaq qopardı" (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Onlar yenidən bir yerdədirlər. Həyati təhlükələri adlayıb sağ-salamat əzizlərinin yanına qayıdıblar. Söhbət "Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV" ilə birgə ərsəyə gətirdiyi, Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla tamamlanan "Extreme" realiti-şousunun iştirakçılarından gedir.

Ötən gün başda layihənin rəhbəri və aparıcısı Emin Əhmədov olmaqla iştirakçılar - xalq artisti Aygün Kazımova, müğənnilər - Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, bəstəkar-müğənni Nurlan Əzizbəyli, rəqqasə Nailə Dadaşova, "Dəyirman" rep-qrupunun üzvlərindən biri ABD Malik, tele-aparıcılardan Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılov bir araya toplanıb əsl dost məclisi düzənlədilər. Təkcə işləri ilə bağlı İstanbulda olan iştirakçı, tanınmış türkiyəli prodüser Kemal Cenk İçten məclisə qatılmamışdı. Namibiyada qardaşlıq məktəbini bitirən və hazırda mehriban dostlara çevrilən iştirakçılarla bərabər, layihənin yaradıcı heyəti eyni masa ətrafında toplaşmışdılar. "Extreme"in quruluşçu rejissoru Ruslan Hüseynov, Afrikada ölüm-dirim mübarizəsi aparan oyunçuların yeganə ümid yeri - tərcüməçi Amil Mahmudov, mühafizə xidmətinin rəhbəri Mətləb Eyvazov, eləcə də realiti-şounun prodüserləri Sənan Abdullayev və Rüfət İsmayılov başlarına gələn macəraları bir-biriləri ilə bölüşməkdən yorulmayan dostları ilə saatlarla yemək süfrəsi arxasında xoş anlar keçirdilər.

"Harada Aygün Kazımova varsa, orada möhtəşəm və unudulmaz şouya hazır olun!" Şou-biznesdə illərdən bəri öz təsdiqini tapmış bu aforizm dünənki məclisdə bir daha öz təsdiqini tapdı. Komplekslərdən uzaq olan xalq artisti yenə də səmimi davranışları, daim gülən xoş çöhrəsi ilə yığıncağın təkrarolunmaz ulduzuna çevrilmişdi. Əvvəl restoranın banket zalında, daha sonra açıq havada açılan süfrə arxasında xanım Kazımova özünü əsl ev sahibəsi kimi aparırdı. Yemək olan yerdə musiqinin səslənməsi günah olardı. Musiqi mərkəzindən daha çox Aygün Kazımovanın hitləri eşidilsə də, türk musiqisinin imperatoru İbrahim Tatlısesin mahnılarının toplandığı CD də yetərincə dinlənildi və iştirakçıların hər biri tozanaq qoparan rəqsləri ilə məclisə daha da rəng qatdılar. İbonun illərdən bəri dəbdən düşməyən "Kim çəkər səni?" mahnısı xalq artistinin istəyi ilə bir neçə dəfə səsləndirildi. Axşamüstü yağan yağan yağış da əylənən dostlara mane olmadı. Xanım iştirakçılar - Günel Ələkbərova, rəqqasə Nailə Dadaşova, Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, Xanım Manafzadə qıvraq rəqslər edən Aygün Kazımovaya qoşulub, bəs deyincə oxuyub oynadılar. Reper ABD Malik və müğənni Nuralan Əzizbəyli həyat yoldaşları ilə birlikdə dost məclisinə qatılmışdılar. Duzlu-məzəli zarafatlardan əksik olmayan müğənnilər Nadir Qafarzadə ilə Rüfət Axundov layihənin aparıcısı Eminlə birlikdə tez-tez yaxın keçmişə qayıdıb özlərini yenidən Namibiyada hiss edirdilər.

Məlumat üçün bildirək ki, 4 iyun tarixindən "Space TV"nin axşam efirində yayımlanan "Extreme" realiti-şousu hər həftənin şənbə günləri tamaşaçılara təqdim olunur.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti