...

Avronest PA-nın komitəsinin Bakıda keçirilən iclasında hesabat qəbul olunub

Siyasət Materials 2 Aprel 2012 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Bakıda keçirilən iclasında "Aİ və Şərq Tərəfdaşlığı ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri" mövzusunda hesabat qəbul olunub.

Trend-in məlumatına görə, hesabatın həmməruzəçisi olan Azərbaycan deputatı Əli Hüseynli iclasda bildirib ki, bu hesabat hazırlanarkən xeyli kompromislərə gedilib.

"Şərq Tərəfdaşlığı ölkələri üçün ən proiritet məsələ Avropa dəyərləri və insan hüquqlarının inkişafıdır", - o deyib.

Onun sözlərinə görə, komitənin hesabatı hazırlanarkən bu kimi hallara, korrupsiyaya qarşı mübarizə məsələlərinə, medianın inkişafına böyük yer ayrılıb.

"Hesabata edilən tövsiyələr də bu xarakterlidir", - Hüseynli deyib.

Xəbər lenti

Xəbər lenti