...

XİN İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olmasını dəqiqləşdirir

Siyasət Materials 12 Avqust 2012 13:33 (UTC +04:00)
XİN İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olmasını dəqiqləşdirir
XİN İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olmasını dəqiqləşdirir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir S.Ağayeva/

İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə hazırda hər hansı informasiya yoxdur, bunu bazar günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu zəlzələ zamanı ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.

Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti