...

Azərbaycanın Fotoqrafçılar İttifaqının sədri Rafiq Qəmbərov: "Reza Deqatti dünya şöhrətli fotoqrafçıdır"

Cəmiyyət Materials 19 Oktyabr 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Bakıda fotoqraflar üçün böyük seminar keçiriləcək. Azərbaycan Fotoqrafçılar İttifaqının sədri Rafiq Qəmbərovun TrendLife-a verdiyi məlumata görə, seminarı dünya şöhrətli fotoqraf Reza Deqatti keçirəcək. "O, dünya şöhrətli fotoqrafdır. Deqatti bu yaxınlarda Bakıya gəlib, yerli həmkarlarıyla görüşüb. Həmin vaxt bizim onunla maraqlı söhbətimiz alındı. Bu gün,bir növ həmin görüşün davamı olacaq."-deyə Qəmbərov bildirdi. Onu da qeyd edək ki. Deqatti əslən azərbaycanlıdır, Təbrizdə doğulub. 1979-cu ildən Fransada yaşayır və bu ölkənin vətəndaşlığını qəbul edib. Onun işləri Luvre muzeyində nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti