...

Azərbaycanda rekord lotereya uduşu qeydə alınıb

Cəmiyyət Materials 25 Yanvar 2013 11:55 (UTC +04:00)
Azərbaycanda "Azərlotereya" ASC-nin fəaliyyət dövrü ərzində ən iri lotereya uduşu qeydə alınıb.
Azərbaycanda rekord lotereya uduşu qeydə alınıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda "Azərlotereya" ASC-nin fəaliyyət dövrü ərzində ən iri lotereya uduşu qeydə alınıb. Bu barədə cümə günü Trend-ə ASC-nin sədri Maqsud Tağıyev bildirib.

Dünən axşam "6/40" lotereyasının oynanılması zamanı 149 745 manat məbləğində uduş qeydə alınıb.

Uduş rəqəmləri bunlardır: 10 16 19 21 37 40.

"Qalib hələlik uduşun alınması üçün müraciət etməyib", - Tağıyev bildirib.

Buna qədər Azərbaycanda rekord uduş 130 min manat məbləğində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti