...

Azərbaycanın yeniyetmə güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

İdman Materials 17 Sentyabr 2012 10:07 (UTC +04:00)
Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Mehmet Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Azərbaycanın yeniyetmə güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Mehmet Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə ediblər.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub.

50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti