Elçin Hüseynov - Trend:
Bavariyanın Xristian-Sosial Birliyi partiyasının baş katibi Andreas Şoyer Almaniyada fəaliyyət göstərən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağanı nəzərədə tutan qanunun qəbulunu təklif edib. Trend-in məlumatına əsasən, bu barədə A.Şoyer "Die Welt" qəzetinə müsahibəsində bildirib.
O, hesab edir ki, Almaniyada İslam haqqında qanun qəbul edilməlidir: "Xaricdən, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanından məscidlərin və müsəlman uşaq bağçalarının maliyyələşməsi dayandırılmalıdır. Bütün imamlar Almaniyada təhsil almalıdır, onlar bizim əsas dəyərlərimizi paylaşmalıdır".
A.Şoyerin fikrincə, müsəlmanlar ibadətlərini alman dilində etməlidir, ümumiyyətlə, Avropada İslamın ayrı cərəyanı yaradılmalıdır.