...

Bolqarıstanın sabiq prezidenti: "İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır"

Baku 2015 : EUROGAMES Materials 2 May 2015 16:00 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır”. Bu barədə Trend-ə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib.
Bolqarıstanın sabiq prezidenti: "İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır"

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır". Bu barədə Trend-ə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib.

O bildirib ki, bu Oyunlar Azərbaycanın inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün mühüm əhəmiyyət kəsb edir:

"Bolqarıstan da daxil olmaqla dünyanın bir çox ölkəsindən on minlərlə insan Azərbaycana gələcək. Bundan əlavə, 100 milyonlarla insan televiziya vasitəsilə yarışları izləyəcək və Azərbaycanın gözəlliklərinin şahidi olacaq. Təbii ki, bütün bunlar Azərbaycana marağı xeyli artıracaq, çoxlu sayda turistlər Azərbaycana gəlmək istəyəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək".

Son illər ərzində bir neçə dəfə Azərbaycanda olduğunu deyən sabiq prezident hər dəfə ölkədə inkişafın şahidi olduğunu diqqətə çatdırıb:

"Mən son 6-7 il ərzində bir neçə dəfə Azərbaycanda olmuşam. Doğrudan, hər dəfə gördüklərimdən təəccüblənmişəm. Azərbaycan çox işlər görür və hesab edirəm ki, sizin ölkəniz inkişaf edən ölkələr üçün bir nümunə olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti