...

Azərbaycan I Avropa Oyunları çərçivəsində informasiya təhlükəsizliyini təmin edəcək (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 14:39 (UTC +04:00)
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ən aktual məsələlərdən biridir.
Azərbaycan I Avropa Oyunları çərçivəsində informasiya təhlükəsizliyini təmin edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ən aktual məsələlərdən biridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar kiberhücumların sayının artması, informasiya təhlükəsizliyi baxımından təzyiq gözlənilir: "Müdafəni təmin etmək üçün biz olduqca çox layihə reallaşdırdıq və buna tam hazırıq".

Ə.Abbasov qeyd edib ki, bununla əlaqədar ökənin təhlükəsizlik orqanları, IT sahəsində fəaliyyət göstərən strukturların, eləcə də xarici tərəfdaşların səyləri səfərbər edilib: "Hazırda Azərbaycanın telekommunikasiya infrastrukturunun I Avropa Oyunlarına hazırlığı üzrə işlər tam başa çatıb və sınaq işləri aparılır".

O əlavə edib ki, I Avropa Oyunları çərçivəsində yarışların keçiriləcəyi yerlərdə keyfiyyətli səs rabitəsi və internet xidmətləri təmin ediləcək: "Bunun üçün bütün zəruri tədbirlər görülüb. Bizi çox narahat edən beynəlxalq rabitənin təmin edilməsi məsələsi bu günlərdə həllini tapdı. I Avropa Oyunları "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq. Peykin resursları rabitənin davamlılığını təmin etmək üçün də istifadə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti