...

Əli Əhmədov: Azərbaycan Avropanın idman tarixinə öz adını qızıl hərflərlə yazacaq

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 18:24 (UTC +04:00)
“Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropanın idman tarixinə öz adını qızıl hərflərlə yazacaq”.
Əli Əhmədov: Azərbaycan Avropanın idman tarixinə öz adını qızıl hərflərlə yazacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropanın idman tarixinə öz adını qızıl hərflərlə yazacaq".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Avropa Parlamentinin Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı qərar qəbul etməsi məsələsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan "Eurovision" mahnı müsabiqəsində olduğu kimi, Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək:

"Hesab edirəm ki, Avropa tarixində də, Avropanın idman tarixində də məhz bu qalacaq. Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qərar qəbul edərsə, bu qərarın heç bir təsir imkanı olmayacaq, kağız üzərində qalacaq. Belə hallar bundan əvvəl də olub. Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycan təbliğatı aparırdılar. Ancaq onlar Azərbaycanda mahnı yarışmasının yüksək səviyyədə keçirilməsinə mane ola bilmədilər. Bu gün də oxşar hadisələri təkrarlamağa çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti