...

Səfir: Avropa Oyunlarının uğurla keçirilməsi İslam Həmrəyliyi Oyunları üçün uğurun təminatı olacaq

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 21:18 (UTC +04:00)
Azərbaycanın I Avropa Oyunlarını uğurla keçirməsi qarşıdakı İslam Həmrəyliyi Oyunları üçün uğurun təminatı olacaq.
Səfir: Avropa Oyunlarının uğurla keçirilməsi İslam Həmrəyliyi Oyunları üçün uğurun təminatı olacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın I Avropa Oyunlarını uğurla keçirməsi qarşıdakı İslam Həmrəyliyi Oyunları üçün uğurun təminatı olacaq. Bunu Trend-ə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev deyib.

Onun sözlərinə əsasən, İslam ölkələrində I Avropa Oyunlarına maraq böyükdür və bu maraq qitənin tarixində ilk dəfə belə miqyaslı Oyunların keçirilməsi üçün Avropanın Azərbaycanı seçməsi fonunda artıb.

M.Əliyev qeyd edib ki, bu, daha çox I Avropa Oyunlarının keçirilməsini ölkəyə həvalə etmək üçün lazım olan bütün tələblərə Azərbaycanın cavab verməsi ilə əlaqədardır.

Diplomat əlavə edib ki, Azərbaycanda sabitlik, iqtisadi inkişaf, söz azadlığı və demokratiya var: "Bu meyarlar müasir sivilizasiyanın beşiyi olan Avropa üçün mühümdür və Avropa Azərbaycanı seçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti