...

Mingəçevirdə keçiriləcək avarçəkmə yarışları ilə əlaqədar dezinfeksiya işləri aparılır

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 15:27 (UTC +04:00)
I Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan avarçəkmə yarışlarında iştirak edəcək idmançılar və qonaqlar üçün hotellərin və binaların zirzəmilərində, ətraf ərazilərdə və həmin yerlərə yaxın olan qamışlıq-bataqlıq ərazilərdə dezinfeksiya tədbirləri aparılır.
Mingəçevirdə keçiriləcək avarçəkmə yarışları ilə əlaqədar dezinfeksiya işləri aparılır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan avarçəkmə yarışlarında iştirak edəcək idmançılar və qonaqlar üçün hotellərin və binaların zirzəmilərində, ətraf ərazilərdə və həmin yerlərə yaxın olan qamışlıq-bataqlıq ərazilərdə dezinfeksiya tədbirləri aparılır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd edilən ərazilərdə həşəratlara, ağcaqanadlara və digər zərərvericilərə qarşı aprelin 30-dan başlayaraq 3 gün ərzində intensiv dezinseksiya tədbirləri aparılıb.

Bu işin davam etdirilməsi üçün bu gün Bakı şəhər Dezinfeksiya Stansiyasının xüsusi briqadası təkrar Mingəçevir şəhərinə ezam edilib.

Təşkil edilmiş briqada yüksək ixtisaslı mütəxəssislərdən ibarət olmaqla, səpmə məsafəsi təxminən 35 metrə qədər olan ən müasir tipli "Elita 34 s 300" markalı, avtonəqliyyat üzərində qurulan dezinfeksiya səpələyicisindən istifadə edir. Həmin qurğunun nəqliyyatın keçə bilmədiyi ərazilərdə də dezinseksiya və dezinfeksiya işlərini görmək qabiliyyəti var. Belə ki, avtomat püskürməni təmin edən, uzunluğu təxminən 20 metr olan şlanq belə işləri görməyə imkan verir.

Aparılan tədbirlərdə Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Mingəçevir şəhər Dezinfeksiya stansiyası da aktiv iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti