Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət/
Birinci Avropa Oyunlarının açılış mərasimi günü nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı yolların siyahısı açıqlanıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, iyunun 12-də ilk Avropa Oyunlarının açılış mərasimi günü, günorta saat 16:00-dan, növbəti gecə saat 02.00-dək Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək, eləcə də Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq .
Vətəndaşlara yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etmələri tövsiyə olunur:
- Avropa Oyunlarının rəsmi internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi - "2015" nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Nəqliyyat Nazirliyinin internet səhifəsi (http://mot.gov.az/);
- Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsi (http://dyp.gov.az/);
- Bakı şəhər İcra Hakimiyyətinin internet səhifəsi (www.baku-ih.gov.az)
- NİİM-in Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları.