...

Tələbələr Avropa Oyunlarına dəstək aksiyası keçirtdilər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 17:33 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası keçirilib.
Tələbələr Avropa Oyunlarına dəstək aksiyası keçirtdilər (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə "Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək" aksiyası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı təşkil edilib.

Aksiyanın məqsədi "Bakı-2015 Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi ilə bağlı" Tədbirlər Planının icrası, habelə fəal tələbələrin potensialının səfərbər olunması və keçiriləcək tədbirə geniş ictimai diqqətinin cəlb etməkdir.

"Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək" aksiyasının rəsmi açılış mərasimi Azərbaycan Turizm və Menecment Universitetində olduğundan sonra tədbir Bakı bulvarında davam edib. Aksiya Azərbaycan Xalça Muzeyində tamamlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti