...

İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyindən növbəti çirkin əməl

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 16:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunlarına qarşı apardığı kampaniya ilə bağlı bəyanat yayıb.
İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyindən növbəti çirkin əməl

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın Polşadakı Səfirliyi İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunlarına qarşı apardığı kampaniya ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Trend-ə daxil olan bəyanatda deyilir ki, İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi bir qayda olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğuldur: "Vahid mərkəzdən idarə olunan bu təşkilat istənilən mövzudan istifadə etməklə Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzuna xələl gətirməyi sanki qarşısına məqsəd qoyur. Bu işdə özü ilə yanaşı Polşada fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarını da özünə müttəfiq edərək çirkin əməllərini davam etdirir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilib".

Bəyanatda deyilir ki, Birinci Avropa Oyunlarının başlanmasına demək olar ki saatlar qalır: "Milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Azərbaycana gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar.

İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunları ilə bağlı mövqeyi Oyunlarda iştirak edəcək Polşa idmançılarının mövqeyini əks etdirmir. Polşa yığması böyük ruh yüksəkliyi ilə Azərbaycana yola düşüb və artıq Bakıdadır. Polşa idmançıları digər ölkələrdən olan idmançılarla yeni-yeni uğurlar qazanmağa hazırlaşırlar.

İnanırıq ki, İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi çirkin kampaniyalarla həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti