...

Bakıda I Avropa Oyunlarının açılış mərasimi britaniyalı turisti valeh edib

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 09:42 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idi.
Bakıda I Avropa Oyunlarının açılış mərasimi britaniyalı turisti valeh edib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Azad Həsənli/

Bakıda I Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idi. Bu barədə Trend-ə britaniyalı turist Stiv Deyvis deyib.

O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimi çərçivəsində təşkil edilən şou möhtəşəm olub: "Azərbaycan tarixini nümayiş etdirən epizodlar, səhnələrin tərtibatı, musiqi çox xoşuma gəldi".

S.Deyvis həmçinin idman yarışlarının yüksək səviyyədə keçirildiyini qeyd edib: "Artıq voleybol yarışlarında olmuşam. Bundan başqa, yüngül atletika, boks, gimnastika yarışlarında, həmçinin bağlanış mərasimində də olacağam. Yarışların yüksək səviyyədə keçirildiyini vurğulamaq istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti