...

Avropa Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsinin ilkin nəticələri: Azərbaycan 3-cüdür

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 19:39 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin bugünkü nəticələri məlum olub.
Avropa Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsinin ilkin nəticələri: Azərbaycan 3-cüdür

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bakı-2015 Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin bugünkü nəticələri məlum olub.

Trend-in məlumatına görə, təsnifat mərhələsinin bugünkü nəticələrinə əsasən kişilər arasında fərdi yarışlarda üç hərəkətdən (sərbəst hərəkətlər, at üzərində hərəkətlər, halqalar) sonra ukraynalı Oleq Vernyayev (45,000) liderdir. Rusiya idmançısı David Belyavski bu günün ikincisi olub (44,000). Ölkəmizi təmsil edən Oleq Stepko isə hesabında 43,899 xalla üçüncü pillədədir.

Kişilər arasında komanda yarışlarında Ukrayna gimnastları (88,598) birinci, Rusiya komandası (88,199) ikinci, Azərbaycan gimnastları isə (86,098) üçüncü pillədə qərarlaşıb.

Qadınlar arasında komanda yarışlarında Rusiya komandası 60,165 xalla birinciliyini qoruyur. İkinci pillədə Almaniya gimnastları (58,066), üçüncü isə Macarıstan (55,964) idmançılarıdır.

Qadınların fərdi yarışlarında iki hərəkətin (müxtəlif hündürlüklü qollar, dayaqla tullanma) yekununa görə rusiyalı Aliya Mustafina ən yüksək nəticə göstərib. İkinci və üçüncü yerləri də onun həmyerliləri tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti