...

Rusiya yığmasının karate üzrə baş məşqçisi: İlk Avropa Oyunları idmançılar üçün Olimpiadaya bərabərdir

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 13:59 (UTC +04:00)
İlk Avropa Oyunları idmançılar üçün Olimpiadaya bərabərdir.
Rusiya yığmasının karate üzrə baş məşqçisi: İlk Avropa Oyunları idmançılar üçün Olimpiadaya bərabərdir

Azərbaycan, Bakı, 15 iyun /Trend/

İlk Avropa Oyunları idmançılar üçün Olimpiadaya bərabərdir.

Trend-in məlumatına görə, bu barədə Rusiya yığmasının karate üzrə baş məşqçisi Andrey Savçenko "rsport.ru"ya açıqlamasında bildirib.

O qeyd edib ki, Bakı 2015 karateçilər üçün də mövsümün çox uğurlu başlanğıcı olub: "Bu yarışlar həqiqətən də Olimpiya Oyunları səviyyəsində keçirilir. Üstəlik, karate 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının siyahısına daxil olmağa iddialıdır. Əlbəttə ki, bu barədə qəbul olunacaq qərar bir neçə faktordan asılıdır. Bu baxımdan atletlərimizin İlk Avropa Oyunlarında yüksək nəticə göstərməsi vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti