...

Fransa səfiri: “İdman siyasət hüdudlarından kənarda yerləşir”

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 14:31 (UTC +04:00)
İdman tədbirlərini siyasiləşdirmək düzgün deyil, belə ki, idman insanları birləşdirir və siyasət hüdudlarından kənarda yerləşir.
Fransa səfiri: “İdman siyasət hüdudlarından kənarda yerləşir”

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

İdman tədbirlərini siyasiləşdirmək düzgün deyil, belə ki, idman insanları birləşdirir və siyasət hüdudlarından kənarda yerləşir. Bu barədə Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

O bildirib ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçib: "Hər şey çox gözəl, zərif və zövqlə təşkil olunmuşdu. Şou Azərbaycan mədəniyyətini nümayiş etdirdi. Düşünürəm ki, hamı bu mərasimi qiymətləndirə bildi".

P.Monye qeyd edib ki, Fransa Milli Olimpiya Komitəsinin prezidenti atletlərin yaşayış şəraitindən də razı qalıb: "Atletlərin qaldığı otaqlarda bütün şərait var. Şəhərcikdə əla restoran fəaliyyət göstərir".

Diplomat həmçinin Fransanın I Avropa Oyunlarında artıq 7 medal qazandığını bildirib. P.Monye Fransa komandasına və bütün atletlərə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti