Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Maksim Tsurkov/
I Avropa Oyunları çərçivəsində qadınlar arasında 10 metr məsafədən hava tüfəngi ilə atəş yarışında serbiyalı Andrea Arsoviç 207,8 bal toplayaraq birinci olub.
Trend-in məlumatına görə, o, isveçrəli Sara Hornunqu 0,1 bal qabaqlayıb.
Almaniyalı Barbara Enqleder 186 balla üçüncü olub.