...

Avropa Oyunlarında boks yarışlarının ilk günü (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 17:47 (UTC +04:00)
Bu gün Bakı-2015 birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.
Avropa Oyunlarında boks yarışlarının ilk günü (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.

Trend-in məlumatına görə, günün birinci yarısında 52, 60 və 91 kiloqram görüşlər keçirilib.

Günün birinci yarısının nəticələrinə əsasən, 52 kiloqram çəki dərəcəsində Böyük Britaniya, Macarıstan, İrlandiya, 60 kiloqramda Türkiyə və Gürcüstan, 91 kiloqramda isə Almaniya, Macarıstan, Rusiya və İrlandiya boksçuları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

52 kq
Muhammed Ali (Böyük Britaniya) 3:0 Aleksandr Riskan (Moldova)
Nandor Csoka (Macarıstan) 3:0 Maciej Jozvik (Polşa)
Myles Casey (İrlandiya) 3:0 İvan Fiqurenka (Belarus)

60 kq

Atdhe Gashi (Almaniya) -Yasin Yılmaz (Türkiyə) TKO R-1
Artjoms Ramlavs (Latviya) 0:3 Otar Eranosyan (Gürcüstan)

91 kq

İonut İtaru (Rumıniya) 0:3 Darren Oneill (İrlandiya)
Sadam Maqomedov (Rusiya) 3:0 Tadas Tamaşauskas (Litva)
Albon Pervizaj (Almaniya) 3:0 Viktor İalimov (Moldova)
Adam Hamori (Macarıstan) 3:0 Erik Tlkanek (Slovakiya)

91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev 1/8 finalda macarıstanlı Adam Hamori ilə üz-üzə gələcək.

Bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti