...

İdman gimnastikası üzrə final yarışları keçirilir (CANLI YAYIM)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 16:04 (UTC +04:00)
Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verilib.
İdman gimnastikası üzrə final yarışları keçirilir (CANLI YAYIM)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verilib.

Trend-in məlumatına görə, gimnastlar kişilər arasında sərbəst hərəkətlər, kişilər arasında gimnastika atı, qadınlar arasında dayaqla tullanma, kişilər arasında halqalar, qadınlar arasında müxtəlif hündürlüklü qollar, kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tiri, kişilər arasında paralel qollar, qadınlar arasında sərbəst hərəkətlər və kişilər arasında turnik üzrə final yarışlarında mübarizə aparır.

Azərbaycanı yarışların final mərhələsində Oleq Stepko təmsil edir. O, gimnastika atı, paralel qollar, halqalar və dayaqla tullanma üzrə final yarışlarında ölkəmizə medallar qazandırmağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti